SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 18 aylıq Zəhra Quliyeva Azərbaycan ictimaiyyətində böyük qəzəbə səbəb olub.
 
BAKU.WS-in məlumatına görə, millət vəkilləri sosial şəbəkələrdə Serj Sarkisyan rejimini sərt tənqid edən şərhlər yazır, KİV-də bəyanatlar verirlər.

Deputat Aydın Mirzəzadənin paylaşdığı fotolar və yazdığı status hər kəsin diqqətini cəlb edib:

"Birinci foto Xocalı soyqırımının təşkilatıcısı və iştirakçısı, hal-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sarqsyanın nəvəsi ilə şəklidir.

O nəvəsini çox sevir.

İkinci şəkil isə Xocalı soyqırımın təşkilatçısı və iştirakçısı, ha-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sarqsyanın tapşırığı ilə 4 iyul 2017-ci il tarixində öldürülmüş Azərbaycanın Fizuli rayonunun Alıxanlı kənd sakni iki yaşlı Zəhra Quliyevın şəklidir.

Ermənistan prezidenti ancaq öz nəvəsini sevir. Azərbaycanlı uşaqlar isə onun düşmənləridir”, - deyə millət vəkili Facebook səhifəsində bildirib.
 
Saməddin Mehralıyev
BAKU.WS