SİZİN REKLAM BURADA!
055 213 76 73



Rejissor Vahid Mustafayev Türkiyənin Kanal 24 telekanalınının qonağı olub.
 
BAKU.WS xəbər verir ki, Xocalı Faciəsi, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən danışan rejissor, hazırda cəbhə xəttində baş verən döyüşlərin davam etdiyini bildirib.
 
Vahid Mustafayev onu da qeyd edib ki, Azərbaycan ordusu ermənilərin təxribatlarının qarşısını müvəffəqiyyətlə alır. 
 
"Xocalı soyqırımı elə ağır dərddir ki, Azərbaycan xalqı onu tək daşıya bilməz. Bu dərdin altına bütün bəşəriyyət çiyin verməlidir, xüsusilə də Turkiyə kimi muttəfiqimiz. Xocalıda nə baş verdiyini dünyaya Çingiz Mustafayev göstərdi: təfərrüatı ilə, sənədi, sübutu ilə. Mən "Xoca" filmini cəkməklə həmin hadisələrin necə baş verdiyini nümayiş etdirdim ki, gələcək nəsillərimiz unutmasın, görsün. Bu gün Türkiyədə "24 saat" kanalına aldığım dəvəti də Türkiyə Azərbaycan birliyinə fayda vermək şansı kimi gördüm. Vətən uğrunda mübarizə yalnız müharibədə aparılmır. Bu mübarizə hər gün hər saat davam etməlidir ve mən bu günkü çıxışımı da həmin mübarizənin tərkib hissəsi kimi qəbul edirəm. Bu saat cəbhədə canını qoyan əskərlərimizin yanında dayana bilməsəm də bu yolla onlarla bir yerdə oldum. Yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlı əlindən gələni etməlidir ki, Azerbaycanımızın ümumi qələbəsi mümkün olsun!".
 
Aynur Ələkbərova
BAKU.WS