SİZİN REKLAM BURADA!
055 213 76 73


“Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir”. 

BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Laçında keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.

Vahid Hacıyev qeyd edib ki, bu il Zəngilan sakinləri öz evlərinə köçəcəklər:

“Digər tərəfdən isə Zəngilanın Cahangirbəyli kəndində hazırda tikinti işləri həyata keçirilir və bura da sakinlərin köçməsi planlaşdırılır. Cəbrayıl rayonunun Xorovlu kəndinə də bu il sakinlər köç edəcəklər. Onu da qeyd edim ki, Qubadlının Marhuzlu və Zilanlı kəndlərində də tikinti işlərinə başlanılıb. Bu il bu ərazilərə də köç nəzərdə tutulur”.

BAKU.WS
VİDEO