SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil tariximizdə özünəməxsus yeri olan, xalqımıza neçə-neçə ziyalılar bəxş edən Şuşa Realnı Məktəbi təəssüflər olsun ki, uzun illər mənfur qonşularımızın vəhşiliyinin qurbanı olub.

BAKU.WS xəbər verir ki, əsası 20 sentyabr 1881-ci ildə qoyulan təhsil ocağı işğal dövründə nəinki baxımsız vəziyyətdə qalıb, həmçinin keçmişin izlərinin silinməsi üçün vandallığa uğrayıb. Məlumata görə ermənilər Şuşa Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.

Nəzərinizə çatdıraq ki, Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olublar.

İşğal dövrü bitdikdən sonra, 2021-ci ilin yanvar ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olublar.

2022-ci ilin mayın 20-də isə Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycanın 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

BAKU.WS
VİDEO

VİDEO