SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

BAKU.WS
VİDEO

QALEREYA