SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib. 

BAKU.WS xəbər verir ki, çəkilən görüntülərdən də aydın müşahidə olunur ki, Xankəndi-Gorus istiqamətində hərəkət edən erməni əsilli şəxslərin SBM-dən keçidi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət edirlər. 

Təqdim olunan yeni kadrlarda mülki şəxslərin sənədlərinin və onların baqajlarının yoxlanılması prosesi əks olunub. 

Videoda onların yoxlanışdan sonra sərhəd-buraxılış məntəqəsindən sərbəst şəkildə keçdikləri görünür. Bu görüntülər Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməsində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir. 

Keçidin kadrlarını “Caliber” “Telegram” kanalı yayıb.

BAKU.WS
VİDEO