SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gəliblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, nümayəndə heyəti 33 ölkədən 60 diplomat və hərbi attaşedən ibarətdir.

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.

BAKU.WS
QALEREYA