SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə bağlı video paylaşıb.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

BAKU.WS
VİDEO