SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, aprelin 18-dən 23-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 126 mina və 170 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 475.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

BAKU.WS