SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Erməni jurnalistlər Qarabağda gizli çəkiliş apararaq ordumuzun mövqelərini müşahidə ediblər. 
 
BAKU.WS-in məlumatına görə, erməni videobloger Qaqik Şamşyan Ağdərə yaxınlığında təmas xəttində olub. Erməni əsgərlərlə görüşən jurnalist son vəziyyət barədə məlumat əldə edib.
 
Əsgərlərin gecə-gündüz postlarda keşik çəkdiyini bildirən Şamşyan Azərbaycan ordusunun hər an hücuma keçə biləcəyini xüsusi olaraq vurğulayıb. Erməni əsgərləri aprel döyüşlərindəki məğlubiyyətdən sonra daha da ehtiyyatlı davranaraq təmas xəttində sayıqlığı artırmağa çalışır.
 
Gözündə qorxu olan ermənilər Azərbaycan ordusunun Qarabağdakı böyük hərbi əməliyyatlarının başlayacağı günü gözləyir.
 
BAKU.WS