VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Serj Sarkisyanın Sankt-Peterburq görüşündən dərhal sonra işğal altında olan Azərbaycan torpaqlarına səfər etməsi Ermənistanda şok effekti yaradıb. 

BAKU.WS xəbər verir ki, Ermənistanın lragir portalının analitiki İqor Muradyan "Razvyazka yetişdi?” başlıqlı məqaləsində Sarkisyanın Xankəndinə səfərini Moskvadan verilən əmrlə əlaqələndirib. 

"Sarkisyan Rusiyadan gələndən sonra Qarabağa getdi. Demək həll edilməli məsələlər var. İllər ərzində Qarabağın təhvil verilməsi planını müzakirə edərək sonradan oranı təhvil verməmək mümkünsüzdür. Bu dünyada bu mümkünsüzdür. Hazırkı hakimiyyət dəfələrlə bəyan edib ki, bu torpaqlar bizə məxsus deyil. Görünür onlar torpaqların təhvil verilməsi üçün əlverişli məqam gözləyiblər. İndi bu rüsvayçı situasiyadan çıxış yolu varmı? Belə görünür ki, Rusiya onun tələbinin yerinə yetirilməyəcəyi təqdirdə bizə silah verməyəcək. İndi bizə məlum olur ki, Ermənistan rəhbərliyi siyasəti və iqtisadiyyatı elə qurmalı idi ki, biz məğlub olmayaq. Ancaq gecdir, çox gecdir. Biz müharibəni uduzmuşuq və bu tarixi məğlubiyyətdir” 
 
AZAD Əliyev
BAKU.WS