SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əsgər Əlirza Mehman oğlu Rzayevdir.

BAKU.WS xəbər verir ki, şəhid Əlirza Rzayev 29 sentyabr 2000-ci il Salyan şəhərində anadan olub.

Usta işləyən atası Mehman Rzayev 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. 2016-cı ildə 50 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Anası Gülnarə işarəvermə və rabitə distansiyasında mühəndis işləyir. Ailənin 2 övladı var. Qardaşı 24 yaşlı Fərid saç ustasıdır. Fərid Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidmətdə olduğu zaman həmin döyüşlərdə manqa komandiri kimi iştirak edib.

Əlirza Rzayev 10-cu sinfə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10-cu və 11-ci sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. Amma 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib.

Hərbi qulluğunu düşmənlə təmas nöqtəsində, Murov bölgəsində edib. Vətən müharibəsi başlayan andan Əlirza da topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. Sərrast atəşlə düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Lakin 29 sentyabr tarixində 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib.

Qeyd edək ki, Əlirza Rzayev ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edilib.

BAKU.WS
VİDEO

QALEREYA