SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün Azərbaycan - Ermənistan sərhədini pozaraq qarşı tərəfə keçən 1977-ci il təvəllüdlü Zöhrə Vardzor qızı Vəliyeva barəsində yeni məlumatlar ortaya çıxıb.
 
ANS PRESS-in məlumatına görə, onun Tovuz rayonunu Yanıxlı kənd sakini olması barədə Ermənistan mətbuatı məlumat yaysa da, bu öz təsdiqini tapmayıb.
 
Yanıqlı kənd sakinləri bildiriblər ki, həmin qadının onların kəndi ilə heç bir əlaqəsi yoxdur: "Bu qadın nəinki Yanıqlı, heç Tovuz rayonunun sakini də deyil. Bir neçə gün bundan əvvəl bizim kəndə gəldi və özünü falçı kimi təqdim etdi. Onun həm xarici görünüşündən, həm də hərəkətlərindən ruhi xəstə olduğu hiss edilirdi. O, Azərbaycan dilində danışırdı. Həm də bizə özünü Zöhrə kimi yox, Telli kimi təqdim edib”, - deyə kənd sakinləri bildirdilər.

Hazırda yerli sakinlərin ilkin ehtimalı ondan ibarətdir ki, bu qadın Ermənistan tərəfə Yanıxlıdan yox, Gədəbəy istiqamətindən keçib. Çünki Yanıqlı kəndindən Gədəbəyin Şınıx kəndinə avtobus xətti işləyir və həmin kənddən qarşı tərəfə keçmək nisbətən asandır. Ona görə, qadının həmin ərazidən qarşı tərəfə keçdiyi barədə ehtimallar daha yüksəkdir.

"Əslində bizim Yanıqlı kəndindən də Ermənistan tərəfə keçmək mümkündür. Ancaq buradan sərhəd daha çox dağlıq ərazidə olduğu və havanın da yağıntılı olduğunu, bu şəxsin isə qadın olmasını nəzərə alındıqda bu ehtimal özünü doğrultmur. Çünki həmin relyefin belə havada bir qadın tərəfindən aşılması fiziki cəhətdən mümkün deyil" -deyə sakinlər bildirdilər.
 
BAKU.WS