SİZİN REKLAM BURADA!
055 213 76 73


“Həm mədəni, həm tarixi, həm də hərbi müstəvidə bir sıra anlaşmaların imzalanacağını bilirik. Bu anlaşmalarla birlikdə Türkiyə-Azərbaycan münasibətləri daha yuxarı səviyyəyə qalxacaq”.

Bu sözləri “Haber Global” televiziyasının baş redaktoru Tuba Atav Şuşa şəhərindən birbaşa bağlantı zamanı çıxışında bildirib.

“Şuşanın alınması coğrafi səbəblərə görə çətin oldu. Çünki bura dağların ortasında bir yerdir. Həqiqətən, çox böyük bir hərbi uğurdur.

Bu uğurda Türkiyə PUA-larının da rolu olduğunu bir daha xatırlatmaq lazımdır.

Bu mənada da Türkiyə ilə Azərbaycan arasında münasibətlər davam edəcək, PUA-larımızın istehsalı və Azərbaycanla texnologiya paylaşımı ilə bağlı addımlar atılacaq”, - deyə T.Atav qeyd edib.

BAKU.WS
VİDEO