VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftçala rayonunda Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun büstünün açılışı olub.

BAKU.WS "Report"a istinadən xəbər ki, açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, habelə karantin qaydaları ilə əlaqədar olaraq rayonun rəhbərliyi də daxil olmaqla, məhdud sayda şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edənlər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılov kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışıblar.

Qeyd edək ki, şəhid Camal İsmayılov 1984-cü ildə Neftçala rayonunda anadan olub. O, Vətən Müharibəsində şəhid olub.

BAKU.WS
QALEREYA