SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də gizir Zahirov Nazim Həmzə oğludur.

BAKU.WS xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid Nazim Zahirov 25 iyun 2001-ci ildə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olub. O, orta təhsilini 2007-2018-ci illərdə 310 saylı orta məktəbdə alıb. 2018-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olub. 2019-cu ildə həmin liseyi bitirmiş, həmin ilin 2 iyulunda hərbi xidmətə yollanmışdı. Goranboyda xidmət etmişdi.

Əsgər Nazim Zahirov 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak etmiş, Suqovuşan döyüşlərində vuruşub. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

BAKU.WS
QALEREYA