VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Gördüklərimiz mənzərə həqiqətən dəhşətlidir. Bizlər kifayyət qədər böyük dağıntıların şahidi oluruq. Bizlər bir daha Ermənistan hakimiyyətinin Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı törətdiyi vəşiliyin şahidi oluruq. Biz dünya ictimaiyyəti olaraq bu vəşiliyi qınayırıq".

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gəncə şəhərinə səfəri çərçivəsində Qambiya respublikası üzrə təmsilçisi Əbubakar Ja bildirib. Diplomat qeyd edib ki, erməni təcavüzü nəticəsində Azərbaycan xalqının günahsız vətəndaşlarının, mülki şəxslərinin öldürülməsini pisləyirik.

“Burada yaşayan insanların heç bir günahı olmayıb. Mülki şəxslərə qarşı atılan addım çox ağır bir terrorun nümunəsidir. Bu səfərimizlə biz həm də Azərbaycana həmrəylik göstərmək istəyirik”, - deyə diplomat qeyd edib.

BAKU.WS