SİZİN REKLAM BURADA!
055 213 76 73


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən səfər çərçivəsində diplomat heyəti Gəncə şəhərində olub. Səfər çərçivəsində nümayənfə heyəti Vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən dinc sakinlərin yaşadığı ərazilərə atılan ballistik raketlərlə vurulan yaşayış massivlərinə baxış keçirib.

Bir daha bildirilib ki, İƏT olaraq daima Azərbaycan xalqının yanında olublar və hər zaman Azərbaycanın haqlı davasını istər Birləşmiş Millətlər Təşkilatında (BMT), istərsədə digər beynalxalq qurumlarda müdafiə ediblər.

Məlumat üçün bildirək ki, Gəncə və Ağdam şəhərlərinə səfər zamanı İƏT-in 9 ölkəsindən 15 nümayəndə heyəti iştirak edib.

BAKU.WS
QALEREYA