SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Tərtər rayon Çardaqlı kənd sakini 1995-ci il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Cəfərov Təbriz İlqar oğlunun şəhid xəbəri gəlib.

Qeyd edək ki, şəhidimiz əslən Ağdərə rayonundandır. Ailəsi Bərdədə yaşayır.

Şəhidimizlə vida mərasimi bu gün baş tutacaq və o, torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

BAKU.WS