SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

“Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır.

10 noyabr bəyannaməsinin 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir”, - o deyib.

BAKU.WS