SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət leytenant Abdullayev İntiqam Allahverdi oğlundan gedir.

1988-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb. Onun cənazəsi sabah Bakıdan ilk reyslə Naxçıvan Muxtar Respublikasına aparılacaq.

Qeyd edək ki, Abdullayev İntiqam Ordubadın Düylün kəndindəndir. Müharibə vaxtı zabitimizin sənədləri ermənilər tərəfindən lentə alınmış şəhid hərbçilərimizin nəşlərinin göstərildiyi videoda təqdim olunmuşdu.

BAKU.WS