SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bildiyim qədəri ilə hazırda UNESCO-nun ilkin missiyasının Dağlıq Qarabağ və ətraf rayonlara səfərinin təşkili ilə bağlı danışıqlar gedir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid etdiklərini bildirib.

“Ümid edirik ki, bu səfər regionda qarşılıqlı inamın möhkəmlənməsinə yardım edəcək”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

BAKU.WS