VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vandalizmin dini yoxdur. Ermənilər Rusiya Pravoslav Kilsəsinin Qarabağdakı yeganə məbədini dağıdıblar.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “İnfo24” portalında məqalə dərc olunub.

Məqalədə bildirilir ki, Qarabağın erməni işğalından azad edilməsindən sonra əksər memarlıq abidələrinin acınacaqlı vəziyyətdə olması aydınlaşıb. Bu təkcə müsəlman abidələrinə deyil, xristian məbədlərinə də aiddir. Belə obyektlərdən biri də Xocavənd rayonundakı rus pravoslav kilsəsidr. Özünü əsl xristian adlandıran erməni separatçıları kilsəni xarabalığa çeviribər.

Kuropatkinoda (Qevorqavanda) inşa olunmuş məbəd Rusiya Pravoslav Kilsəsinin Qarabağdakı yeganə məbədi idi. O, keçmiş Rusiya İmperiyasının Terskaya vilayətində, Terek çayı boyunca yaşayan kazaklara məxsus idi.

Kilsə 1992-ci ildə Xocavənd rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra dağıdılıb. Məbəd Xocavənd rayon mərkəzindən 13 km. aralıda yerləşir. Kilsədən 2 km. məsafədə isə kiçik yaşayış məntəqəsi var. Kilsə 1894-cü ildə öz dövrü üçün səciyyəvi olan layihə üzrə inşa olunub.

Kilsənin tarixi təsviri

Terek Kazak ordusunun 1-ci Sunjensk-Vladiqafqaz alayının kilsəsi. Bayram günü 6 avqust. Kilsə 1894-cü ildən fəaliyyət göstərir. Alay kilsəsi Xankəndi vilayətinin mərkəzində yerləşir. Onun əsası 1864-cü ildə burada müfəqqəti olaraq dayanan 16-cı Minqrel alayı tərəfindən qoyulub. Kilsə 9 fevral 1868-ci ildə müqəddəs su ilə yuyulub. 1877-ci ildə Minqrel alayının ərazini tərk etməsindən sonra kilsə 1896-cı ilədək 2-ci piyada taborunun ixtiyarına verilib. 1896-cı ildən bugünədək isə məbəd 1-ci Sunjensk-Vladiqafqaz alayının istifadəsindədir.

Kilsənin binası daşdandır və zəng qülləsinin mövcudluğu səbəbindən xaç formasındadır. Tutumu 1000 nəfərədəkdir. Ştat üzrə burada bir keşiş çalışmalıdır. (Mənbə:“Terek Kazaklığının tarixi və mədəniyyəti”, Cild 1, səh.31. Y.A.Qaqarin adına uşaq və gənclərin yaradıcılığının inkişafı üzrə Vilayət Mərkəzi)

Arxiv şəkillərində kilsənin, əvvəllər yaxşı vəziyətdə olduğu görünür. Dam örtüyü və pəncərələrdə barmaqlıqlar var.

Əgər 1988 və 2000-ci illərin fotolarını müqayisə etsək, belə nəticəyə gəlmək olar ki, məbəd birinci Qarabağ savaşı zamanı xəsarət almayıb.

Lakin 2014-cü ilədək artıq kilsənin damı və üz hissəsi dağıdılıb. Pəncərələrin barmaqlıqları sökülüb, Qərb tərəfdən məbədin fasadında ciddi dağıntılar əmələ gəlib. Bu azmış kimi erməni vandalları kilsə divarlarında öz “imzalarını” qoyublar: Armen, Qarik, Karmen və s.

Kilsə bilavasitə Ermənistan silahlı qüvvələrinin hərbi obyekti yaxınlığında yerləşir. Odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi burada baş verən hadisələrdən yaxşı xəbərdar idi.

Keşiş Denis Sotnikov əvvəllər kilsəni yalnız fotolarda görüb. O, məbədin acınacaqlı vəziyyətindən hiddətlənib.

“Onlar 30 il ərzində xristian olduqlarını deyirdilər. Amma məbədin vəziyyətini özünüz görürsünüz. Bu heç bir dinə, inanca uyğun deyil”, - deyə o bildirib.

Ermənilərin dini siyasəti öz ifadəsini yalnız vandalizmdə tapmır. Bəzən məsələ adi oğurluğadək gedib çıxır. Belə ki, işğal illərində Şuşadakı İohan rus pravoslav kilsəsinin xarici və daxili görünüşü ciddi şəkildə dəyişdirilib. Bu müddət ərzində o erməniləşdirilib. Zəng qüllələrindəki qübbələr, zənglərin özü yerindən çıxarılıb, onlar erməni qriqorian kilsəsinin atributları ilə əvəz edilib.

Politoloq Yevgeni Mixaylovun fikrincə, Ermənistan rəhbərliyinin digər konfessiyaların nümayəndələrinə münasibətini nəzərə alsaq, pravoslav kilsəsinin dağıdılmasında təəccüblü heç nə yoxdur.

“Mən heç nəyə təəccüblənmirəm. Neçə pravoslav kilsəsinin başqa xaçlar, başqa formalarla təchiz olunduğunu görmüşəm. Erməni xalqının bəzi nümayəndələri bu yolla tarixi yenidən yazmağa çalışırlar. Hələ donuzların saxlandığı müsəlman ziyarətgahlarını demirəm, belə faktlar çoxdur. Eyni əməllər xristian ziyarətgahlarında da edilir.

Qafqaz Albaniyası məbədlərinin erməni kilsələrinə çevrilməsi halları məlumdur. Rusları qovdular, ruslar qaçdı və ermənilər onların ibadətgahlarını dəyişdirməyə başladılar. Əgər dəyişdirib özününkü kimi qələmə verə bilirsənsə, özünə aid olan yeni bir şey tikməyə nə ehtiyac var? Düşünürəm ki, Rus Pravoslav Kilsəsi də burada öz sözünü deməlidir”, - deyə ekspert bildirib.

Bu, “Azərbaycan barbarları” haqqında danışmağı sevən, lakin bir neçə il ərzində öz xristian ziyarətgahlarını məhv edən Ermənistan hakimiyyətinin yalanlarının əyani nümunəsidir. Tarixin saxtalaşdırılması Ermənistanda siyasi hədəflərə çatmaq üçün bir alətə çevrilib. Tarixçilər uzun müddətdir ki, erməni əhalisinin çoxluq təşkil etdiyi və hakimiyyətə gəldiyi yerlərdə, digər xalqlara məxsus bütün mədəniyyət və tarixi abidələrin tamamilə məhv olunmasını müşahidə edirlər. Beləliklə də, tarixi fantaziyalara əsaslanaraq digər bölgələrin tarixi təhrif olunur və irsləri məhv edilir.

BAKU.WS
VİDEO