SİZİN REKLAM BURADA!
055 213 76 73


Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada məktəb tikdirməsinə rəsmi reaksiya verilib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:

“Bunlar Azərbaycan hökumətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək”.

“Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən Azərbaycana gələnlər var”, - deyə o qeyd edib.

Xatırladaq ki, Dövlət Bağçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb. O, “Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada ibtidai sinif məktəbini inşa etdirmək niyyətində olduğunu deyib.

BAKU.WS