SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan ordusu cəbhə xəttində daha bir itki verib.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan erməni KİV-nə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, aprelin 30-dan mayın 1-nə keçən gecə atəşkəsin pozulması zamanı 1 hərbçi həlak olub. 1991-ci il təvəllüdlü hərbçi Aşot Şavarşeviç Zohrabyan aldığı güllə yarasından dünyasını dəyişib. 
 
Qeyd edək ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 117 dəfə atəş zərbəsi endirib.
 
BAKU.WS