SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Ağcabədi rayonunda 22 evə ziyan dəyib, 1 ev yanıb, 2 ev tamamilə dağılıb".

Bunu "Report"a açıqlamasında Ağcəbədi Rayon İcra Hakiyyəti (RİH) başçısının 1-ci müavini Rövşən Əhmədov bildirib.

R.Əhmədovun sözlərinə görə, Ağcabədi rayonunda bir neçə yaşayış məntəqəsinə ağır artilleriyadan açılan mərmi düşüb: "Rayonun Hacılar, Boyat, Yuxarı Qiyamadınlı və Qaraxanlı kəndlərinə mərmi düşüb. Qaraxanlı kəndinə düşən 35 mərmidən biri kənd orta məktəbinin yaxınlığında partlayıb və məktəbin inzibati binasına ziyan dəyib. Vətəndaşlar arasında xəsarət alan yoxdur".
 
BAKU.WS