SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistana Rusiya istehsalı olan müasir T-90S tankı göndərilib.
 
BAKU.WS-in məlumatına görə, sözügedən tankı erməni hərbi qulluqçuları "Tank biatlon-2014" beynəlxalq yarışında mükafat kimi qazanıblar.
 
Tank 2015-ci ilin dekabrında istehsal edilib. T-90S tankı Ermənistanın Silahlı Qüvvələrinə təhvil verilib. Ermənilər Rusiyanın bu hədiyyəsindən çox gümanki Qarabağda istifadə edəcək. Ötən gün Yerevana gətirilən tanka Ermənistanda böyük maraq yaranıb.
 
Qeyd edək ki, sözügedən T-90S tanklarından Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında 200-dən çoxdur. Bu texnika Rusiyanın «Uralvaqonzavod» Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. T-90S tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 km. uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2А46М-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və s. xüsüsiyyətə malik müsair mərmilər ata bilir.
 
Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan "Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır. 
 
BAKU.WS