VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ermənistan mətbuatı Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana ötən həftə baş tutmuş səfərinə dair yeni təfərrüatları yayıb.

"Qraparak” qəzetinin yazdığına görə Lavrovun səfəri təkcə onun İrəvanı tərk edərkən Ağrı dağı fonunda selfie çəkdirməsi ilə yadda qalmayıb. O, təyyarədən düşən kimi birbaşa prezident Serj Sərkisyanın yay iqamətgahına yollanıb, orada gecə saat 3-ə qədər qalıb.Səhər açılan kimi "soyqırım” abidəsini ziyarət edib. Lavrovun Sərkisyanla danışıqlarının rəsmi hissəsi həmin gün olub.

Qəzet yazır ki, bütün bu günlər ərzində Rusiya tərəfinin Ermənistan rəhbərliyinin davranışları ilə bağlı müəyyən narahatlıqları qalırdı. Belə ki, aprelin 1-dən 2-nə keçən gecə Qarabağda döyüşlər başlayanda Rusiya hərbi rəhbərliyi erməni tərəfi ilə telefon əlaqəsi saxlamağa cəhd edib, ancaq dəstəyi götürən olmayıb.
 
virtualaz.org