SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün "Azərenerji" ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında təchizat müqaviləsi imzalanıb.

BAKU.WS xəbər verir ki, müqaviləni "Azərenerji"nin prezidenti Baba Rzayev və “Ansaldo Energia”nın rəhbəri Marino Cüzeppe imzalayıb.

Sənədə əsasən, İtaliya şirkəti Azərbaycan şirkətinin Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə tikəcəyi 110 kVt-luq yarımstansiyaları avadanlıqlarla təchiz edəcək.

"Report"un əldə etdiyi məlumata görə, təchizatı qarşıdakı 3 ay ərzində həyata keçirilməlidir və qarşı tərəf buna görə, 5 milyon avro pul alacaq. Yarımstansiyaların 6 ay ərzində tikilib istismara verilməsi nəzərdə tutulur.

BAKU.WS