SİZİN REKLAM BURADA!
055 213 76 73


Alınmaz qala adlandırılan Şuşa şəhərinin azad olunmasında bir çox əsgər və zabitlərimizin əməyi var. Həmin şəxslər arasında öz şücaətləri ilə seçilən Cavidan və Cəfər qardaşlarının da adlarını çəkmək yerinə düşər.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, Hüseynov Cavidan və Hüseynov Cəfər qardaşları hərbçidir. Hər iki şəxs döyüşlər başlayan gündən cəbhədə olublar.

Biləsuvar rayonu Yuxarı Cürəli kəndindən olan qardaşlar müharibə zamanı yaralansalar da, sağalaraq yenidən döyüşlərə qayıdıblar.

Yaxınlarının verdiyi məlumata görə, sağaldıqdan sonra da şücaət göstərən qardaşlar Şuşa uğrunda döyüşlərdə yenidən yaralanaraq qazi adını alıblar.

Bundan əlavə, hər iki şəxs bir neçə hərbçi yoldaşının həyatını xilas edib. Döyüş bölgəsində qalan şəhidlərin nəşini oradan çıxararaq aydiyyətli şəxslərə təhvil verməkdə də köməklik göstəriblər.

BAKU.WS
QALEREYA