SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hərbi qarşıdurmada müxtəlif tərəflər ittiham olundu. Bəziləri ABŞ-ın, digərləri isə münaqişənin alovlanmasında Rusiyanı ittiham etdi. Rusiyanın özü isə qarşıdurmada Ankaranın barmağını "gördü”.
 
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, Miçiqan universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya üzrə Tədqiqat Mərkəzinin magistri Petro Şakaryan ABŞ-ın "The Nation” nəşri üçün yazdığı məqaləsində münaqişənin alovlanmasının səbəblərini axtarmağa çalışıb.
 
Şakaryan münaqişənin alovlanmasında Rusiya versiyasını irəli sürənlərlə razı deyil: "Bəzi analitiklər bildirirlər ki, Dağlıq Qarabağ ətrafında münaqişənin kəskinləşməsi Kremldə Vladimir Putinə şəxsən hazırlanmış sui-qəsdin nəticəsidir. Analitik Svante Kornell "The Wall Street Journal” nəşrində dərc etdiyi məqaləsində bildirib ki, Putin Dağlıq Qarabağda münaqişənin kəskinləşməsini provokasiya edib. Onun fikrincə, Putin bu münaqişədən Azərbaycan hökumətinin mövqeyini zəiflətmək üçün istifadə etməyə çalışıb. "Azərbaycan üzərində nəzarət Putinin imperiya layihəsi üçün əhəmiyyət təşkil edir”, - Kornell yazıb. O, əlavə edib ki, Rusiya lideri onun qaydaları üzrə oynamaqdan imtina edəcəyi halda, hər iki tərəfə və Qərbə regiona xaos gətirmək qabiliyyətinin olduğunu xatırlatmaq istəyir”.
 
O. həmçinin ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın "The Washington Post” nəşrində dərc olunan məqaləsini xatırladıb. Amerikalı diplomat qeyd edib ki, Putin vəziyyətdən istifadə edir və gələcək böhranların əsaslarını qoyur.
 
Bu iddialarla razılaşmayan Petro Şakaryan hesab edir ki, əksinə, Rusiya regionda sabitliyi dəstəkləmək üçün son dərəcə maraqlıdır: "Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi bütün Qafqazda xaosun yaranmasına, nəticədə Rusiyanın dövlət təhlükəsizliyi üçün ciddi problemlərin yaranmasına gətirib çıxaracaq”.
 
Bundan başqa, ekspertin sözlərinə görə, münaqişə Rusiyanı Türkiyə, sonda NATO ilə bilavasitə qarşıdurmaya cəlb edə bilər.
 
Onun sözlərinə görə, münaqişənin kəskinləşməsində Putinin rolunun olduğunu düşünənlər Rusiyanın təhlükəsizliyinin real problemlərini diqqətə almırlar: "Yaxud da düşünürlər ki, Rusiyada heç bir daxili siyasət yoxdur. Əslində Putin qərarları tək qəbul etmir. O, öz administrasiyasındakı liberallar və mühafizəkarlarla məsləhətləşir. Putin güclü liderdir, amma o yenə də Stalin deyil”.
 
BAKU.WS