SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyalı hərbi qulluqçu Ermənistan ordusu haqqında danışıb. 
 
BAKU.WS-in məlumatına görə, rus hərbçi ermənilərin 90-cı illərdə törətdikləri vəhşilikdən söz açıb və onların necə xəyanətkar millət olduqlarını söyləyib. Azərbaycanın Qubadlı rayonunda azərbaycanlıları ermənilərdən xilas edərkən həlak olmuş Sovet İttifaqının sonuncu milli qəhrəmanı Oleq Babakın əsgər yoldaşı olan hərbçi ermənilərlə bağlı gerçəkləri etiraf edib. 
 
7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində Qubadlıya göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub.

Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Oleq Babakın həyatını xilas etdiyi Qubadlı sakinləri onu "Babək” adlandırırlar.
 
BAKU.WS