SİZİN REKLAM BURADA!
055 213 76 73


Şuşa şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən ən qədim şəhərlərindən biridir. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırıblar.

Şuşa 17 məhəllədən ibarətdir: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşa "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılırdı.

Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdi. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdü.

Azərbaycanın Rəşadətli Ordusunun hərbi əməliyyatları zamanı 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edilib.

Şuşa şəhərinin sosial mediada yayılan ecazkar fotolarını təqdim edirik:

Orxan Hüseyn
BAKU.WS
QALEREYA