SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən inanıram ki, tezliklə işğal olunmuş torpaqlarımız geri qaytarılacaq və atamla dostu erməni girovluğundan azad ediləcək".

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, bu sözləri ermənilər tərəfindən bir neçə ildir ki, öz dədə-baba torpağında girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyir.

Kürdoğlu Əsgərovun sözlərinə görə, ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onlara məlumat verib ki, ermənilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi Şuşa həbsxanasından köçürüb.

Kürdoğlu Əsgərov bildirir ki, axırıncı dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlara sentyabr ayında baş çəkib. Həmin vaxt Dilqəm Əsgərov ailəsinə məktub da göndərib. Məktubda o, hər şeyin normal olduğunu bildirib.

Dilqəm Əsgərovla birlikdə girov saxlanılan Şahbaz Quliyevin qardaşı İlham Quliyev də deyir ki, qardaşının Şuşa həbsxanasından Ermənistana köçürülməsi ilə bağlı ailəsi məlumatlandırılıb.

Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən ''Xəzər Xəbər''ə bildirildi ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasından Ermənistana aparılması ilə bağlı hər ik tərəfin yaxınları məlumatlandırlıb.

Xatırladaq ki, hər iki şəxs 2014-cü il iyulun 11-də Kəlbəcərdə ata-baba yurdlarını və yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfinən girov götürülüblər.

Dağlıq Qarabağdakı separatçı rejimin qurduğu ''məhkəmə''də Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS
VİDEO