VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Report-un xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

BAKU.WS