SİZİN REKLAM BURADA!
055 213 76 73


"Onların generalları bəzi şeyləri başa düşmür, Paşinyanın isə ordudan başı çıxmr. Azərbaycan ordusu harada nəyə atəş açmaq lazımdır, bunu yaxşı bilir".

BAKU.WS xəbər verir ki, bu sözləri hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, ordu sözsüz ki, pilotsuz uçuş aparatlarını geniş tətbiq edib: "Əməliyyatların şimal istiqamətini götürsək, onlar bizim Ağdərə istiqamətində ön xətti atəşə tutdular. Bizim bölmələrimizin artilleriyası vasitəsilə düşmən susduruldu və geri atıldı.

Ermənilər müxtəlif istiqamətdə kömək göndərirlər. Bilmirlər ki, şimala, cənuba, mərkəzə göndərsinlər, yoxsa Xankəndi və ya Şuşa ətrafında yığışsınlar. Başlarını itiriblər.

İndi bütün insanların silahlanmasını istəyirlər. Avtomat və ya pulemyotla silahlanmış bu şəxslər Azərbaycan ordusunun qarşısında nə edəcək? Bizim sistemlər hədəfi tapır və yox edir. Bununla bağlı çoxlu görüntülər də var".

Orxan Hüseyn
BAKU.WS