SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni əsir açıqlama verib.

BAKU.WS xəbər verir ki, təqaüddə olan milis mayoru Edik Solakoviç Tonoyan 1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirib.

E.Tonoyan daha sonra bütün erməni xalqına müraciət edib:

“Əziz həmvətənlərim, uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub”.

Digər əsir Valera Ayrapetyan məcburi çağırışla orduya qatıldığını deyib:

“Mənə dedilər ki, orduya getməkdən imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə - Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır.

Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam”.

Edik Tonoyanın sözlərinə görə, sentyabrın 27-də müharibə başlayandan sonra onu və oğlunu hərbi komissarlığa aparıblar:

“Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox”.

BAKU.WS
VİDEO