VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində".

BAKU.WS xəbər verir ki, bu sözləri ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı bildirib.

Ölkə başçısı çıxışında həmçinin deyib ki, işğalçı Ermənistan ordusuna məxsus piyadaların 50 döyüş maşını məhv edilib və 24-ü qənimət kimi götürülüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin tərkibinə daxil olan və internetdə yayılan tank və hərbi texnikaların növləri bunlardır:

T-90S döyüş tankı 

T-72 döyüş tankı

 

T-55 tankı

 T-54 tankı

BMP-1 / BMP-1K Piyada döyüş maşını

BMP-2 Piyada döyüş maşını

BAKU.WS