SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Həftənin son hərbi-siyasi hadisələrinə diqqət yetirsək regional hərbi siyasətə dair bir sıra suallar yaranır. Ermənistan mətbuatında dərc olunan bir analitik yazıda Qarabağdakı gərginliyin səbəbi və nəticələri barədə qeyd edilib. Ermənistan tərəfi iddia edir ki, guya Qarabağda gərginlik Rusiyanın icazəsi olmadan yaranıb və Azərbaycanın təmas xəttində hərbi əməliyyatlara başlayıb. 
 
Rusiya və Azərbaycan arasında iqtisadi-siyasi və hərbi istiqamətdə əməkdaşlıq Ermənistanı kölgədə qoyub. Ermənistan tərəfi son proseslər fonunda Rusiyanın Qarabağa sülhməramlılar yeridəcəyini güman edir və bunun üçün 6 fakt ortaya qoyub:
 
1. Atəşin dayandırılması haqqında saziş 5 aprel tarixində Moskvada əldə edilib. Maraqlısı ondadır ki, niyə atəşkəs Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin qərargah başçıları tərəfindən əldə olunub. Bu razılaşma əslində diplomatik yolla əldə edilməli idi, amma XİN rəhbərləri prosesdə iştirak etməyib. Burada sual yaranır. Moskvadakı görüşün gedişatında tərəflər müzakirə apardı və bu görüş niyəsə görə məxfi saxlandı. 

2. 7 apreldə Serj Sarkisyan almaniya nəşri "Deutsche Welle"ə müsahibəsində qeyd etdi ki, Ermənistan heç vaxt Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə qarşı olmayıb. Ermənistan prezidenti bu açıqlaması ilə yeni prosesin siqnalını verib. 

3. Son günlərdə Ermənistan-Rusiya münasibətləri ciddi şəkildə pisləşdi. Xüsusilə, Rusiya baş naziri Dmitri Medvedevin Ermənistan səfəri zamanı yalnız Yerevanın meri Taron Marqaryan tərəfindən qarşılanması iki ölkə arasındakı münasibəti ortaya qoyur. Bütün bunlar Rusiyanın Azərbaycanı silahlandırılmasına qarşı diplomatik ölçü kimi qiymətləndirilir. 

4. Eyni zamanda, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə Kazan sənədinin fəal müzakirə edilməsi Rəsmi Yerevanı narahat edir. Ermənistan 2011-ci ildə bu sənədi qəbul etməyə razılaşdı, amma Azərbaycan imtina etdi. O zaman şayiələr var idi ki, sənədə uyğun olaraq, Ermənistan Qarabağ ətrafı rayonları geri qaytarmağı qəbul etmiş, Dağlıq Qarabağ üçün isə xüsusi status müəyyən edilmişdi. Ermənistan üçün bu sənəd heç də arzu edilən şərtlərlə tərtib edilməyib. Amma daha çox şübhəli olan budur ki, Serqey Lavrov bu günlərdə Bakıda bildirdi ki, Rusiya tərəfindən münaqişənin nizama salınması üzrə bir neçə təklifi var. Tərəflər bu təkliflərin qəbul edilməsinə etiraz etməyəcəklər. Bu bəyanatlara cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan qeyd etdi ki, 2011-ci ildə hazırlanmış Kazan sənədi danışıqlar masasındadır. 

5. Ermənistanda bəzi siyasi güclər Qarabağda sülməramlı qüvvələrin yerləşdirilməsini dəstəkləyir. Xüsusilə, Erməni Milli Konqresinin rəhbəri Levon Zurabyan bu ideyanı dəstəkləyir. 

6. Rusiya prezidenti Vladimir Putin yeni yaradılan "Milli qvardiya"nın xarici ölkələrdə sülhməramlı missiyasını həyata keçirməsinə icazə verəcək. Hərçənd ki, birləşmənin strukturu Rusiya polisinə əsaslandırılacaq. Yəni, Rusiya Dağlıq Qarabağda nümayişləri dağıtmaqda istifadə edilən dəstələrdən istifadə edəcək. 
 
Şahin Həbibov
BAKU.WS