VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq tarixlər boyu haqla batilin savaşı olub.İslam tarixinin fəlsəfəsinə görə haqq qələbə çalır. 44 gün Vətən müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımız haqq ədalətin öz yerini tapdı".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Haci Surxay Məmmədli BAKU.WS-ə deyib.

"Ali Baş Komandanın və ordumuzun səfərbərliyi nəticəsində artıq öz torpağımızdan erməni vandallarını çıxartdıq. Hər bir xalq öz torpağını müdafiə edirsə, orda mütləq şəhid verməlidir. 30 il bizim işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması və Allahın bəyənmədiyi heyvanları Allahın evinə buraxılması vandallığın təzahürü idi.

Erməni cinayətkarlarının bu cinayəti idi. Şükürlər olsun ki Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi.

Amma buna baxmayaraq erməni düşmənlərinin bizim torpaqlarımızda hələ də gözü var. O ki, qaldı ermənilərin Laçını tərk edərkən donuz qanını evlərə sürtməyinə ermənilər bir daha öz murdar hərəkətlərini ortaya qoydular. Onlar buna nail ola bilməyəcəklər.

Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs kimi qorunur".

BAKU.WS