"Linkin Park" rok qrupunun lideri Çester Benninqton öz evində intihar edib. 

BAKU.WS-in məlumatına görə, bu barədə cümə axşamı "Associated Press" məlumat yayıb.

Benninqtonun 41 yaşında vəfat etməsi xəbərini ilk olaraq TMZ portalı yazıb. Portalın məlumatına görə, musiqiçi intihar edib. Müğənninin meyiti cümə axşamı səhər onun evində tapılıb.

Benninqtonun bir neçə ildir alkoqol və narkotik asılılığı ilə mübarizə apardığı bildirilir. Müğənninin iki arvaddan altı uşağı qalıb. Çester Benninqton "Linkin Park" rok qrupunun təsisçilərindən biri və vokalçısı idi. O, həmçinin "Dead by Sunrise", "Grey Daze" və "Stone Temple Pilots" kollektivlərinin iştirakçısı idi.
 
Tuncay
BAKU.WS