SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Kayseri vilayətində sonuncu sinif şagirdinə təcavüz edərək intihara vadar edən müəllim azadlığa buraxılıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən 4 il 2 ay həbs cəzasına məhkum edilən müəllim Bayram Ö. ittiham olunduğu digər üç epizot üzrə bəraət alıb. Ona görə də, məhkəmə şərti olaraq onu azadlığa buraxıb.

Qeyd edək ki, polis məmurunun qızı olan 17 yaşlı Cansel Buse atasının xidməti silahı ilə intihar edib. Cinsi istismar, azyaşlılara qarşı zorakılıq və əxlaqsızlıq hərkətlər etməkdə,  azadlığının məhdudlaşdırılmasında ittiham olunan riyaziyyat müəllimi Bayram Ö. həbs edilmişdi.

BAKU.WS