SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mersində təcavüz olunaraq qətlə yetirilən tələbə Özgəcan Aslanın qatili Ahmet Subhi Altındöken və atası Necmettin Altındöken saxlanıldıqları həbsxanada silahlı hücuma məruz qalıblar.
 
BAKU.WS Hürriyət-ə istinadən məlumat verir ki, yaralanan ata ilə oğul təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Ahmet sinəsindən bir, atası isə qarın boşluğu və bud nahiyəsindən silahla vurulub. Oğul Altındökənin həyatını xilas etmək mümkün olmayıb. Cinayəti həbsxanada 50 il azadlıqdan məhrum edilən Gültekin Alan adlı məhkumunu etdiyi deyilir.  
 
Qeyd edək ki, Mərsində Universitetinin I kurs tələbəsi olan alan Özgəcan Aslan keçən il fevral ayında öldürülmüşdü. O, universitetdən çıxaraq yaşadığı Mərsin vilayətinə getmək üçün şəhər arası işləyən kiçik həcmli avtobusların birinə minib. Cinayətkar Özgəcanın avtobusda tək olmasından istifadə edərək əsas yoldan çıxıb, onu kimsəsiz bir əraziyə aparıb. Qıza təcavüz etdikdən sonra onu öldürüb. Daha sonra izi itirmək üçün gənc qızın cəsədini yandırıb çaya atıb. Ahmet Subhi Altındöken cinayətdə iştirak edən atası və dostu Fatih Gökce ilə birlikdə polis tərəfindən saxlanılaraq həbs edilib. Hər üç şəxsə məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum etmə cəzası verilib. 
 
BAKU.WS