SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Suraxanı rayonunda oğurluq avtomobillə qəza törədilib. 

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini Vaqif İsrafilov dayısı İlkin Qəhrəmanova məxsus "Hyundai” markalı avtomobili qaçırıb. Vaqif İsrafilov avtomobillə Xətai rayonu ərazisində qəza törədib. O, avtomobili həmin ərazidə ataraq qaçıb. 

Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xətai rayonu ərazisində ön hissəsi əzik vəziyyətdə aşkarlanıb. Oğurluğu törədən Vasif İsrafilov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS