SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ordusunun ön cəbhədə Ermənistanın işğalçı qoşunlarına ağır zərbələr endirdiyi bir vaxtda arxa cəbhədə vətəndaşlardan birinin irəli sürdüyü təşəbbüs böyük marağa səbəb olub. 

BAKU.WS xəbər verir ki, Horadiz şəhərindəki sahibkarlardan biri özəl xəstəxananın yaxınlığında malik olduğu aptekin açarlarını xəstəxana həkimlərinə təqdim edib. 

Yerli iş adamı bu addımı ilə orduya dəstək nümayiş etdirib və həkimlərin istədikləri qədər dərmanları aptekdən pulsuz götürə biləcəyini onlara söyləyib.

Qeyd edək ki, aptek sahibinin bu ibrətamiz addımı barədə deputat Vüqar Bayramov Real TV-nin efirinə danışıb. 

BAKU.WS
VİDEO