VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda qadın intihara cəhd edib. Buna səbəb qadının borca verdiyi pulu geri ala bilməməsi olub.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Bülbülə qəsəbə sakini, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynova tanışı Aqşin adlı şəxsə 5600 manat borc verib.
Üzərindən uzun zaman keçsə də, X.Hüseynova borcunu geri ala bilməyib. 

Buna görə də X.Hüseynova yaşadığı evdə intihar məqsədi ilə böyük həcmdə korvalol məhlulu içib. Yaxınları hadisədən xəbər tutaraq, onu xəstəxanaya yerləşdiriblər.
X.Hüseynova daha sonra polisə müraciət edib. 

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.
 
BAKU.WS