SİZİN REKLAM BURADA!
055 213 76 73


Balakəndə qadın sürücü idarə etdiyi “Prado” markalı avtomobillə ata və azyaşlı qızını vurub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Balakən-Qabaqçol avtomobil yolunda baş verib.

Rayonun Talalar kənd sakinləri - 1984-cü il təvəllüdlü Əsəbəli Bəxtiyar oğlu Əhmədov azyaşlı övladı, 2011-ci il təvəllüdlü Nurayla birlikdə yolu keçmək istəyən zaman “Prado” markalı avtomobil tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əhmədov və qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala RMX-da onlara lazımi tibbi yardım göstərilib.

Ə.Əhmədov və qızının vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS