SİZİN REKLAM BURADA!
055 213 76 73


Barmaqların forması ən təhlükəli xəstəliklərdən olan xərçəngi - daha doğrusu, ağciyər şişlərinin olub-olmadığını müəyyən etməyə kömək edə bilər.

Böyük Britaniya milli səhiyyə xidmətinin mütəxəssislərinin sözlərinə görə, erkən mərhələlərində onkoloji xəstəliyin bu növü adətən heç bir simptom göstərmir. Lakin sonradan xəstədə öskürək, xırıltı, sinədə ağrılar meydana gələ bilər.

Bununla yanaşı bədəndə olan cüzi dəyişiklik ağır xəstəliyin olmasına dair erkən sübut ola bilər. Məsələn, barmaq uclarında baş verən böyümə, genişlənmə belə dəyişikliklərə aiddir. Bu effekt onunla əlaqədardır ki, ciyərlərdə meydana gələn şiş hormonal kimyəvi dəyişikliklərə səbəb olur və nəticədə barmaq uclarına daha çox qan, eləcə də maye yığılır. Bu isə onların formasında dəyişiklik yaradır.

Bununla yanaşı mütəxəssislər dırnaq ətrafındakı dərinin rənginə də diqqət etməyi məsləhət görürlər. Əgər bu hissədə dəri qeyri-təbii formada parıldayırsa, dırnaqlarda qabarcıqlar meydana çıxıbsa, gecikmədən həkimə müracit etmək məsləhətdir.

BAKU.WS