VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 88A nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 99 JH 038 dövlət qeydiyyat nişanlı avtobus Həsən Əliyev küçəsində yanıb. 

BAKU.WS xəbər verir ki, dəhşətli yanğının görüntüləri redaksiyamıza göndərilib. 

Həmin kadrları olduğu kimi təqdim edirik

*** 09:09

Bu gün səhər saatlarında paytaxtda daha bir avtobusda yanğın baş verib. 

BAKU.WS xəbər verir ki, bu dəfə 88A nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 99 JH 038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın qeydə alınıb.

Yanğın avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib.

Əvvəlcə sürücü avtobusda texniki nasazlıq hiss edib. Avtobus yolda olarkən isə yanğın baş verib.

Hadisə zamanı avtobusda sərnişin olmadığı üçün xəsarət alan olmayıb. 

Qeyd edək ki, bu, son 15 gün ərzində “BakuBus”a məxsus ikinci avtobusdur ki, depoya gedərkən yanır. 

Orxan Hüseyn
BAKU.WS
VİDEO