VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan üç nəfərdən birinə ambulator yardım göstərilib və o, evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a Sabunçu Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəsarət alan digər iki nəfər xəstəxanaya qəbul edilib. Onlardan biri qadın, digəri kişidir.

Müayinə zamanı onların hər ikisinə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

***10:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS
VİDEO